TASS: "Təyyarə qəzasında sağ qalmış sərnişin stüardessanın cəsarətindən danışıb"

Hurriyyet.az xəbər verir ki, AZAL şirkətinin təyyarəsinin Aktauda uğradığı qəzadan sağ çıxmış yekaterinburqlu Subhonkul Rahimov TASS informasiya agentliyinə müsahibəsində stüardessanın mərdliyindən danışıb. O, həmin xanımın böhran məqamında öz vəzifəsini mətanət və cəsarətlə yerinə yetirmətə davam elədiyini söyləyib.
TASS informasiya agentliyi sərnişinlərə "Hər şey yaxşı olacaq" sözləri ilə toxtaqlıq verməsi, sona qədər vəzifəsini vicdanla yerinə yetirməsi ilə yaddaşlarda qalan stüardessa Hökümə Əliyevanın adını çəkməsə də, söhbət ondan gedir.
Agentliyə müsahibə verən Subhonkul Rahimov deyib: "Pilotlara daha yaxın olan stürdessa çox mətanətli idi. Hərçənd vəziyyət, xüsusilə də qadınlar üçün dəhşətli idi. O iradəli idi. Belə bir ağır vəziyyətdə öhdəsinə düşən bütün vəzifələri yerinə yetirdi. Mən onun göstərişinə qulaq asıb oturacağa söykəndim. O, öz işini layiqli şəkildə yerinə yetirdi. Yadımdadır, bir kişi orada narahatlığını bildirirdi. Lakin bir qadın sizə "sakitləşin" deyirsə, əlbəttə ki, sakit olmalısın. O, əsasən, Azərbaycan dilində danışırdı. İnsanlara toxtaqlıq verirdi".
Hürr Tərcüman
