Saat:15:43
Haqqımızda

TARİXİ  SİYASƏTÇİLƏR  YAZIR...

2025-03-06 15:03:56

TARİXİ  SİYASƏTÇİLƏR  YAZIR...

Millətlərin və xalqların öz dövlətini yaratmasında, inkişaf etdirməsində siyasi xadimlərin rolu danılmazdır. Bizim eramızdan əvvəl və bizim eranın müxtəlif dövrlərində xalqın içindən çıxan liderlər siyasi qabiliyyəti ilə öz xalqını önə çıxarmağı bacarmışlar.

Yaşadığımız  dövrə yaxın tarixidə də belə  liderlər öz fəaliyyətləri ilə  siyasət meydanında iz qoymuş ; yalnız öz ölkələrinin deyil, bəzən bütün dünyanın taleyini dəişməyə müvəffəq olmuşlar.
Onların həyata keçirdiyi islahatlar və qəbul etdiyi qərarlar dövlət quruculuğunda və  beynəlxalq münasibətlərdə mühüm rol oynamışdır.
Yaxın  tariximizdə yaşamış və siyasi  meydanda iz qoymuş  insanlardan :
-  Mustafa Kamal Atatürk (1881- 1938 )  Türk Qurtuluş Savaşının Baş Komandanı və müasir Türkiyə Respublikasının  qurucusu olmuşdur. Türkiyədə siyasi islahatlar aparmış , öz dörünə  uyğun olaraq  ölkənin sənayeləşməsinin təməlini qoymuşdur.
- Vladimir  İliç Lenin (1870–1924)  sosializm ideologiyasından  istifadə  edərək  1917-ci ildə Bolşevik inqilabına rəhbərlik etmiş, Çar Rusiyasını devirib  SSRİ-ni qurmuşdur. Leninin  kommunist ideyaları və sinfi mübarizə çağrışları dünyanın müxtəlif ölkələrində  inqilabi hərəkatlara təsir etmişdir.
- Mahatma Qandi (1869–1948)  Hindistanın müstəqillik hərəkatının lideri olmuşdur. Qandi, cəmiyyətə "yumşaq müqavimət" ideyası təklif etmiş və bu  prinsip ilə Britaniya müstəmləkəçiliyinə qarşı mübarizə aparmışdır. Qandi  yürütdüyü  vətəndaş itaətsizliyi kampaniyaları ilə 1947-ci ildə Hindistanın müstəqilliyinə nail olmuşdur.
- Uinston Çörçill (1874–1965). Çörçill, İkinci Dünya Müharibəsində  faşist Almaniyasına qarşı mübarizəyə rəhbərlik etmiş, İngiltərəni qaliblər sırasına çıxartmışdır. Çörçill ikinci dünya  müharibəsindən sonra Avropada yeni dünya düzəninin qurulmasında böyük rol oynamış və NATO-nun yaranmasına töhfə vermişdir.
- Məhəmməd Əmin Rəsulzadə (1884-1955) , XX əsrin əvvəllərində  Rusiya  imperiyasının  zəifləməsindən  məharətlə istifadə edərək, Azərbaycanın müstəqil dövlətini  quranların rəhbəri olmuşdur.
- Heydər Əliyev (1923 -2003)  Dünyanın ən nəhəng  və qüdrətli  dövləti olan  SSRİ-nin rəhbərlərindən biri olmuşdur. SSRİ-nin süqutundan  sonra siyasi -iqtisadi  burulganda  məhv olmaqda olan  Azərbaycanı  xilas etmiş, Ölkəni sabitlik və inkişaf yoluna çıxartmışdır. Müasir  Azərbaycan dövlətinin  gələcək inkişafının təməlini qoymuşdur.
İndi dünyanın əsas diqqəti Rusiya-Ukrayna müharibəsinə köklənmişdir. Bu müharibənin nəticələri dünya düzənini dəyişəcək, bir çox ölkələrin  yeni siyasi  xəritələrinin  yaranmasına səbəb olacaq.
Ukrayna münaqişəsi ətrafında baş verən hadisələri izlədikcə  dövətlərin əsil üzü və niyyəti bəlli olur. Məsələn, son günlər tirajlanan  xəbərlərdə Fransa və İngiltərənin Ukraynaya qoşun yeridə biləcəyi barədə tez-tez müxtəlif məlumatlar yayılır.
Şüurlarda  belə fikir formalaşdırılır ki, bu ölkələr  [ Böyük Britaniya , Fransa ] öz  qoşunları ilə Ukrayna ilə birlikdə  Rusiya ilə savaşacaq. Reallıqda isə mənzərə başqa cürdür. 2 mart 2025-ci il tarixində Avropa  liderlərinin London toplantısında məlum oldu ki, Avropa ölkələri, o cümlədən Fransa və İngiltərə siyasətçiləri Rusiya ilə müharibədən qaçırlar. Süıh layihəsi hazırlayıb bu sənədi yenidən ABŞ-la müzakirə etmək istəyirlər. Onların (Avropa siyasi liderlərinin) əsas məqsədi  və niyyəti Sülh layihəsini ABŞ-la razılaşdırdıqdan sonra Ukrayna ilə Rusiya  arasında  davam edən müharibədə  özlərinə sərf edən atəşkəsə nail olmaqdır. Əlbəttə, bu özlüyündə yaxşıdır. Müharibə dayandırılacaq və yeni faciələrin qarşısı alınacaq. Mahiyyət etibarı ilə isə müvəqqəti barış əldə etmək üçün hər iki tərəfin - Rusiya və  Ukraynanın  - razılığı əsasında İngiltərənin , Fransanın  və digər Avropa ölkələrinin hərbi kontingenti "sülhməramlılar"adı altında  Ukraynaya  yeridiləcək.
Yəni , yaxın perespektivdə onlar da Ukraynanın  sərvətlərinin  bölüşdürülməsində iştirak etmək üçün beynəlxalq səviyyədə hüquqi imtiyaz əldə edəcəklər. Məhz buna görə, bu gün Avropa ölkələri  xüsusiylə, İngiltərə və Fransa ; Donald Trampla Vladimir Putinin razılaşdığı ABŞ - Rusiya "sülh planı"na qarşı çıxdılar və özlərinin  Londonda  hazırladıqları  "Sülh layihəsi"ni irəli sürdülər. Yəni avropalılar  Ukraynanın ABŞ və Rusiya  arasında bölünməsinə etiraz edirlər. Ukraynanın  yeraltı və yerüstü sərvətlərinin bölünməsində özləri də pay sahibi olmaq istəyirlər. Bu da o deməkdir ki, ABŞ və Rusiya
Avropa ilə razılaşmasa, Ukraynada müharibə davam edəcək.
Müşahidələr göstərir ki, ölkəni fəlakətdən xilas etmək üçün Ukraynaya daha  cəsarətli və təcrübəli siyasi liderlər lazımdır.
Düşünürük ki : indiki vəziyyətdə Ukrayna siyasətçiləri Dünyada söz sahibi olan ölkələrin  zəmanəti ilə etibarlı və dayanıqlı atəşkəsə  gedə bilərlər. 
Fikrimizcə : indiki situasiyada ABŞ, Böyük Britaniya , Fransa , Almaniya  ilə yanaşı ; Türkiyə  və Çinin iştirakı Ukrayna ilə Rusiya arasında  davam edən müharibədə "atəşkəs"in etibarlı olmasına təminat verə bilər.
Siyasətdə daimi dost və müttəfiq yoxdur. Hər bir ölkənin özəl maraqları vardır.

Qəvami SADIQBƏYLİ

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.160515