TARİXİ SƏNƏD üzə çıxdı: 101 il əvvəl Qarabağ və Zəngəzur... - FOTO

2022-07-21 13:53:00

TARİXİ SƏNƏD üzə çıxdı: 101 il əvvəl Qarabağ və Zəngəzur... - FOTO

Sosial şəbəkələrin "Telegram" seqmentində 101 il əvvəl Azərbaycan Sovet Sosialist Respublikasının tarixi sənədi paylaşılıb.

Hurriyyet.az xəbər verir ki, həmin sənəddən də görmək olar ki, yenicə qurulmuş Azərbaycan Sovet Sosialist Respublikası Ermənistan hökümətinə ultimatum verir.

İltumatomun motivi aşağıdakı kimidir:
Birincisi, Ermənistan öz hərbi birləşmələrini Qarabağ və Zəngəzurdan çıxarmalıdır
İkincisi, Ermənistan qoşunlarını öz sərhədlərinə geri çəkilməlidir
Üçüncüsü, Ermənistan millətlərarası qırğına son qoymalıdır.
Ultimatumda göstərilir ki, əks təqdirdə, Azərbaycan Sovet Sosialist Respublikası özünü Ermənistan Respublikası höküməti ilə müharibə şəraitində biləcək.

1921-ci ilin iyununda verilən ultimatumdan da aydın görünür ki, Qarabağ və Zəngəzur Azərbaycanın tərkib hissəsi idi və Bakıda qurulan Sovet höküməti bunu qəbul edirdi.

Hurriyyet.az həmin ultimatumun fotosunu təqdim edir:


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.056280