Tarixdə ilk dəfə Rusiya hərbçiləri İndoneziyada təlim keçirəcəklər
2021-12-01 12:26:00
Hurriyyet.az xəbər verir ki, bu gün səhər saatlarında İndoneziyada tarixdə ilk dəfə olaraq, Rusiya ilə Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının – ASEAN (Association of Southeast Asian Nations) birgə hərbi-dəniz təlimləri təntənəli açılış mərasimi ilə başlanıb. Mərasim İndoneziyaya məxsus sularda, Rusiyanın “Admiral Panteleyev” gəmisinin göyərtəsində keçirilib.
İndoneziyanın Şimali Sumatra rayonunun sahillərində keçirilən təlimlər üç gün davam edəcək.
Hürr Tərcüman