Tarixdə ilk dəfə – robot hökumətdə çalışacaq

2023-03-03 15:12:00

Tarixdə ilk dəfə – robot hökumətdə çalışacaq

Hurriyyet.az “İzvestiya”  nəşrinə istinadla xəbər verir ki, Rumıniyanın Baş naziri Nikolae Çuke Nazirlər Kabinetiin 1 mart tarixli iclasında öz yeni fəxri müşavirini – İON (ION) adlı insanabənzər süni intellektli robotu təqdim edib.

Beləliklə, dünyada ilk dəfə Rumıniyada süni zəka hökumət müşaviri olub.

Çuke deyib: “Hökumətin iclasına sürprizlə başlayırıq. Rumıniya hökuməti milli və beynəlxalq səviyyədə bir ilkə imza atır – çünki, biz süni intellektdən istifadə edən ilk hökumət müşavirini müzakirə edirik. Onun adı İON-dur”.

Baş nazirin sözlərinə görə, respublika rəhbərliyi İON-un Rumıniya vətəndaşlarına daha yaxşı kömək göstərməsinə yardım edəcəkdir. Vətəndaşlar real zaman rejimində ölkə hakimiyyətinə öz təkliflərini, problemlərini və ya istəklərini çatdıra bilərlər.

Hökumət başçısı robotun rumın mütəxəssislərin səyləri ilə hazırlandığını bildirərək deyib: “İON layihəsi – süni intellekt vasitəsi ilə ictimai müstəvidəki əlçatan informasiyalardan istifadə edərək, rumınların fikirlərinin və rəylərinin, narazılıqlarının çevik və avtolmatik şəkildə toplanması sistemidir”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.150931