“Tarix Ukraynadakı hərbi cinayətləri unutmayacaq” – Şarl Mişel
2022-04-20 18:49:00

Hurriyyet.az “Qruziya Onlayn” portalına istinadla xəbər verir ki, Avropa Şurasının Prezidenti Şarl Mişel “Tvitter” səhifəsində yazıb: “Tarix heç vaxt Ukraynada törədilmiş hərbi cinayətləri unutmayacaq. Ədalət olmadan sülh ola bilməz”.
Şarl Mişel yazıb: “Borodyankada. Buçada və Ukraynanın bir çox digər şəhərlərindəki kimi... Tarix burada törədilmiş hərbi cinayətləri unutmayacaq. Ədalət olmadan sülh ola bilməz”.
Avropa Şurasının Prezidenti Şarl Mişel bu gün Kiyevə səfər edib. Onun Prezident V.Zelenski ilə görüşəcəyi gözlənilir.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya