Saat:06:45
Haqqımızda

Tarif Şurası dizelin və Aİ-92 markalı benzinin QİYMƏTİNİ ARTIRMAĞA HAZIRLAŞIR

2022-05-12 11:46:00

Tarif Şurası dizelin və Aİ-92 markalı benzinin QİYMƏTİNİ ARTIRMAĞA HAZIRLAŞIR

Yanacaqdoldurma məntəqələrində dizel satışına limit qoyulub və hər vətəndaş uzağı 50 litr dizel yanacağı əldə edə bilər

Qiymət artımından sonra dizel 1 manata, Aİ-92 markalı benzin isə ən yaxşı halda 1,2 manata satılacaq

Deyəsən, Tarif Şurası əhaliyə yeni "sürpriz" hazırlayır. Belə ki, Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, Şura dizel yanacağının və Aİ-92 markalı benzinin qiymətini artırmağa qərar verib. Qeyd olunur ki, məhz bu səbəbdən də dünən axşam saatlarından etibarən paytaxt Bakıdakı yanacaqdoldurma məntəqələrində dizel satışına məhdudiyyət qoyulub.

Məsələ ilə bağlı Hurriyyet.az-a müraciət edən paytaxt sakinlərinin sözlərinə görə, yanacaqdoldurma məntəqələrində dizel satışına limit qoyulub. Bildirilir ki, hər vətəndaş uzağı 50 litr dizel yanacağı əldə edə bilər. Bu isə öz növbəsində, vətəndaşların, əsasən də böyük həcmli mühərrikli avtomobil sahiblərinin və yük maşınlarının sürücülərinin ciddi etirazına səbəb olub.

Bu gün artıq orta məktəb şagirdi belə, anlayır ki, əgər bir məhsulun qiymətini süni yolla artırmaq istəyirsənsə, o zaman ilk növbədə həmin məhsulun qıtlığını yaratmalısan. Görünür, məhz bu prinsipdən çıxış edən Tarif Şurası qiymət artımına getməzdən öncə dizel qıtlığı yaratmağa, ardınca müxtəlif bəhalələr gətirməklə bu gün 80 qəpiyə satılan dizelin qiymətini 1 manata qaldırmağı planlaşdırır. Bu halda iş ancaq dizellə yekunlaşmayacaq. Belə ki, dizelin qiyməti 1 manat olduqdan sonra təbii ki, Aİ-92 markalı benzinin də qiyməti artacaq və ən yaxşı halda 1,2 manata satılacaq.  

Bu arada, nəzərinizə çatdıraq ki, məsələ ilə bağlı "SOCAR Petroleum" QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli modern.az-a hazırda bu sahədə hansısa problemin olmadığını bildirib: "Hazırda "SOCAR" brendli yanacaqdoldurma məntəqələrində dizel yanacağının satışı ilə bağlı heç bir çətinlik yoxdur. Qeyd olunan yanacaq növünün satışı fasiləsiz olaraq həyata keçirilir".

Onu da qeyd edək ki, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) istehsal gücünün artırılması, respublikanın "AVRO-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, ətraf mühitə təsirlərin minimuma endirilməsi, "Azərikimya" İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri həyata keçirilir. Bu səbəbdən 4 aprel 2022-ci il tarixdən etibarən "NEZ" əsaslı planlı təmirə dayandırılıb.

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR