Saat:08:10
Haqqımızda

Tanışının şirkətinə qarşı 40 minlik dələduzluq edən şəxsə hökm oxundu

2024-12-10 11:11:16

Tanışının şirkətinə qarşı 40 minlik dələduzluq edən şəxsə hökm oxundu

Abşeron Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən İmran Əsədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Hurriyyet.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə İ.Əsədova 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

İttihama görə, İmran Əsədov tanışı, zərərçəkmiş Qalib Qabilova (şərti) özünü alqı-satqı münasibətlərinin etibarlı tərəfdaşı kimi göstərib. O, zərərçəkmişin direktoru olduğu "ELN Company" MMC-in Azərbaycana idxal etdiyi qida əlavələrini satıb bir qisminin pulunu ödəyərək inandırıb. İmran bu minvalla 2019-2021-ci illərdə ümumi dəyəri 39 847 manat olan qida əlavələrini və gigiyenik vasitəni MMC-nin Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba yolunun 12-ci kilometrliyində yerləşən anbarından ələ keçirib sataraq pulunu ələ keçirib.

İstintaq dövründə İmran Əsədovun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.154113