Tanınmış vəkil Kəlbəcərdəki evlərinə getdi - VİDEO

2022-06-08 09:30:00

Tanınmış vəkil Kəlbəcərdəki evlərinə getdi - VİDEO

Tanınmış vəkil Bəhruz Bayramov illlər sonra işğaldan azad edilmiş Kəlbəcər şəhərindəki evlərinə gedib.

Hurriyyet.az-ın Pravda.az-a istinadən məlumatına görə, o, işğal dövründə erməni vandalları tərəfindən dağıdılmış evlərinin yalnız daş qalıqlarını tapa bilib.

Vəkil bildirib ki, doğma yurd-yuvasını tərk edəndə onun 17 yaşı olub. İşğal zamanı Ermənistan Silahlı Qüvvələri B.Bayramovun evi ilə yanaşı ərazidə yerləşən digər evləri də dağıdaraq məhv ediblər.

Qeyd: Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 10 noyabr 2020-ci ildə imzalanan sülh müqaviləsinə əsasən, 25 noyabrda Ermənistan silahlı birləşmələri rayonu boşaldıb Azərbaycan Silahlı Qüvvələrinə təhvil verib.

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya