TANINMIŞ VƏKİL HƏBSDƏ OLAN BƏSTƏKARI ALDADIB!

2022-01-14 20:24:00

TANINMIŞ VƏKİL HƏBSDƏ OLAN BƏSTƏKARI ALDADIB!

Tanınmış vəkil Ceyhun Yusifov həbsdə olan gənc bəstəkar Tural Bayraməliyevi və onun anası Reyhanə xanım Nağıyevanı aldadıb.

 

Bəstəkar Tural Bayraməliyev

 

Bir həftə bundan öncə bununla bağlı olaraq Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri cənab Anar Bağırova şikayət ərizəsi ilə müraciət edilib.


Vəkillər Kollegiyasının sədri Anar Bağırov

 

Həmin şikayət ərizəsinə əsasən fərdi qaydada fəaliyyət göstərən vəkil Ceyhun Yusifov Tural Bayraməliyevin təqsirləndirildiyi cinayət iş üzrə apellyasiyası icraatı ilə bağlı  2000 manat, kassasiya icraatı ilə bağlı  isə əlavə olaraq 500 manat, ümumilikdə isə 2500 manat manat əvvəlcədən Turalın anası Reyhanə xanımdan almış və onunla müqavilə bağlayaraq Turala apellyasiya icraatında  bəraət alacağını vəd etmişdir. 

 

Vəkil Ceyhun Yusifov

 

Vədini yerinə yetirə bilməyən Ceyhun Yusifov Ali Məhkəməyə kassasiya şikayəti vermək üçün Turalın anasına müraciət etmiş və beləliklə kassasiya instansiyasında təmsilçilklə bağlı da əlavə olaraq ondan 500 manat almağa nail olmuşdur. İş Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının hakimi İlkin Rəcəbovun icraatında olduğu dönəmdə “vəkil” Ceyhun Yusifov ya telefon zənglərinə cavab verməmiş, ya da ki, telefon vasitəsilə ünsiyyət zamanı ondan edilən xahişləri yerinə yetirməməklə yadda qalmışdır. Bununla da özünün və məhkum övladının ciddi mənəvi sarsıntılar, əsəb və strees keçirdiyini qeyd edən Reyhanə xanım sözügedən şikayətində nəticə etibarı ilə Tural Bayraməliyevin keyfiyyətli hüquqi yardımdan mərhum olduğunu diqqətə çatdırmış, Ceyhun Yusifovun narazılıq, dözümsüzlük və ikrah yaradan hərəkətlərinin vəkillik institutuna olan ictimai etimada zərər vura biləcəyini vurğulamışdır. Şikayətin nəticə hissəsində Ceyhun Yusifovun Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci və “Vəkillərin davranış qaydaları haqqında Əsasnamə”nin tələblərinə zidd olan məlum əməlləri haqqında intizam xarakterli tədbirin görülməsi və dəymiş ziyanın onun tərəfindən ödənilməsi  tələb olunur. 

 

İctimai vəkil, səlahiyyətli nümayəndə Samir Zeynalov

Hurriyyet.az