Saat:05:31
Haqqımızda

Tanınmış müğənninin müğənni oğlu xəstəxanalıq oldu - Badımcana allergiyası var imiş

2023-09-12 21:32:37

Tanınmış müğənninin müğənni oğlu xəstəxanalıq oldu - Badımcana allergiyası var imiş

Məşhur türkiyəli müğənni Barış Mançonun oğlu Doğukan Mançonun toyda yediyi badımcan allergik reaksiyaya səbəb olub və o, xəstəxanaya yerləşdirilib.

Atası kimi müğənni olan Doğukan Manço xəstəxana çarpayısında vəziyyəti ilə bağlı paylaşım edib və erkən müdaxilə sayəsində yaxşı olduğunu, vəziyyətinin düzəldiyini bildirib.

O, badımcana allergiyası olduğunu qeyd edib və bu səbəbdən əvvəllər də iki dəfə xəstəxanaya yerləşdirildiyini xatırladıb. “Bu dəfə də kəfəni yırtdıq”, - deyə Doğukan Manço bildirib.

“Mənim badımcana qarşı anafilaktik şok səviyyəsində allergiyam var. Yaxınlarım bunu bilir. Yəni heç bir müdaxilə edilməzsə, tənəffüs yollarım tıxanana qədər bədənim ağır reaksiyalar verə bilir. Həyatımda artıq 3-cü dəfədir bu hal başıma gəlir. Bir toyda qaranlıqda gələn yeməyi ayırd edə bilmədim və ofisiantdan bunun püremi, yoxsa badımcanmı olduğunu soruşdum. Püre olduğunu dedi. Sadəcə bir çəngəl yedim və badımcan olduğunu anladım. Tezliklə simptomlardan allergiyamın başladığını başa düşdüm və təcili özümü xəstəxanaya çatdırdım. Erkən müdaxilə ilə vəziyyətdən çıxdım. Ofisiant yəqin ki, gənc olduğuna görə həyəcanlanıb, nə dediyini bilməyib, ya da sualımı “Badımcan püresidirmi?” - deyə başa düşüb. Hazırda yaxşıyam”, - deyə Doğukan Manço yaşadıqlarını danışıb. \\Oxu.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.197640