Tanınmış meyxanaçı saxlanıldı
2021-10-18 16:27:00
Tanınmış meyxanaçı Cavid Sumqayıtlı saxlanılıb.
Hurriyyet.az Sfera.az-a istinadən xəbər verir ki, o, bir neçə gün öncə Sumqayıt Şəhər Polis əməkdaşları tərəfindən yaxalanıb.
Cavid Sumqayıtlının üzərindən külli miqdarda narkotik vasitə aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.