Saat:07:19
Haqqımızda

Tanınmış idmançılara yekun ittiham verildi

2024-05-11 11:55:27

Tanınmış idmançılara yekun ittiham verildi

MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri - Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov, Tofiq Musayev, Mehman Məmmədovun cinayət işi üzrə ibtidai istintaq tamamlanır.

Hurriyyet.az xəbər verir ki, “qafqazinfo”nun əldə etdiyi məlumata görə, idmançılara yekun ittiham elan edilib. Onların hər biri Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə mühakimə ediləcəklər. Bu maddənin saksiyasında iki ilədək islah işləri və ya üç ilədək  azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək  azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Yaxın günlərdə toplanmış materiallar baxılması üçün məhkəməyə göndəriləcək. 

Qeyd edək ki, hadisə Səbail rayonu ərazisində baş vermişdi. İttihama görə, təqsirləndiriləm idmançılar "Rizin" Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı toplaşarkən mübahisə yaranıb. Mübahisə zamanı idmançı Həsən Əzizov döyülüb. 

Ruslan Əfəndiyev və onun tələbələri - Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov barəsində həbsdədir. T.Musayev və M.Məmmədov barəsində isə istintaq dövrü müddəti üçün həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.260595