Tamamilə yandığı deyilən Duqinanın tabutdakı görüntüsü gündəm oldu - FOTO

2022-08-24 00:11:00

Tamamilə yandığı deyilən Duqinanın tabutdakı görüntüsü gündəm oldu - FOTO

Xəbər verdiyimiz kimi, avqustun 23-də Moskvanın “Ostankino” televiziya mərkəzində rusiyalı jurnalist Darya Duqina ilə vida mərasimi keçirilib.

Hurriyyet.az Qafqazinfo-ya istinadən xəbər verir ki, vida mərasimindən paylaşılan fotolar sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, avqustun 21-nə keçən gecə avtomobilinin partladılması nəticəsində həlak olan Darya Duqinanın cəsədində heç bir yanıq izinin olmaması mübahisələrə yol açıb.

Belə ki, Rusiya mediası partladılmış avtomobilin qadın sürücüsü tamamilə yandığından şəxsiyyətini hadisə yerində müəyyən etməyin mümkün olmadığını yazmışdı. Duqinanın tabuta qoyulmuş cəsədi isə deyilənlərin əksinə olaraq, “təravətli” görünüşü ilə sosial media izləyicilərinin diqqətini çəkib.

Eyni zamanda, qızının ölümündən sonra ağır stress səbəbindən xəstəxanaya yerləşdirildiyi deyilən ideoloq Aleksandr Duqinlə xanımının qonaqları təbəssümlə qarşılaması birmənalı qəbul olunmayıb. 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.056295