Saat:09:17
Haqqımızda

Tamamilə dəlilikdir: o hədəfləri vuracağıq! – Zaxarova

2024-05-08 15:26:35

Tamamilə dəlilikdir: o hədəfləri vuracağıq! – Zaxarova

“Rəsmi London Kiyevin bizi Britaniya silahları ilə vura biləcəyini deyirsə, bu zaman bizim Ukraynada və onun hüdudlarından kənarda Britaniya hərbi obyektlərini vurmaq hüququmuz olacaq”.

Hurriyyet.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Rusiya XİN rəsmisi Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeronun Ukraynanın Rusiya daxilindəki hədəfləri vurmaq üçün Londonun verdiyi silahlardan istifadə etmək hüququna malik olduğuna dair açıqlamasına cavab verib:

“Rusiya Federasiyası belə bir ssenarinin həyata keçiriləcəyi təqdirdə, müvafiq cavab vermək hüququnu özündə saxlayır. Britaniyalı nazirin sözləri tamamilə dəlilikdir və məntiqsizdir. Kemeronun bəyanatı ilk dəfə Britaniya xəbər agentliyində yayımlandıqdan iki saat sonra yığışdırıldı. Qərb Rusiyaya qarşı ukraynalıların əli ilə açıq şəkildə müharibə aparır”.

Globalinfo.az 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.287040