TALIBOVUN SÜRÜCÜSÜ BAKIYA GƏTİRİLDİ – Naxçıvanda yeni həbslər var

2022-12-03 17:48:00

TALIBOVUN SÜRÜCÜSÜ BAKIYA GƏTİRİLDİ – Naxçıvanda yeni həbslər var

Naxçıvan Muxtar Respublikasında (NMR) anti-korrupsiya əməliyyatları və həbslər davam etdirilir.

Hurriyyet.az xəbər verir ki, Azpolitika.info-nun mötəbər mənbələrdən əldə etdiyi məlumata görə, bu çərçivədə Muxtar Respublikanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov və Naxçıvan Şəhər Tikinti İdarəsinin rəisi saxlanılaraq Bakıya gətiriliblər.

“Ovqat.com” saytının baş redaktoru Heydər Oğuz isə “Feysbuk” səhifəsində NMR Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun cangüdəni və sürücüsü Həsən Əhmədovun həbs edildiyi, Bakıya gətirilərək DTX-da dindirildiyi barədə məlumat yayıb.

Saxlanılanlardan Hicran Rüstəmov külli miqdarda dövlət vəsaitini mənimsəməkdə, Həsən Əhmədov isə vətəndaşların əmlakını zorla ələ keçirməkdə şübhəli bilinirlər.

Heydər Oğuzun yazdığına görə, İranla sərhəddə fəaliyyət göstərən Şahtaxtı gömrük məntəqəsinin rəisi və bəzi işçiləri də saxlanılıb.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.170056