Talıbovun general yeznəsi danışdı: “Həmin quruma bir ildir...”

2023-01-13 14:57:00

Talıbovun general yeznəsi danışdı: “Həmin quruma bir ildir...”

“Mənim Naxçıvan Muxtar Respublikasında, onun qurumlarında baş verənlərlə hər hansı bir əlaqəm yoxdur. Guya, Naxçıvanı tərk etməyim barədə səslənən fikirlər isə absurddur”.

Hurriyyet.az xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun yeznəsi, daxili işlər nazirinin və Gömrük Komitəsinin sədr  müavini olmuş general Səbuhi Novruzov deyib.

Qeyd edək ki, sosial şəbəkələrdə Səbuhi Novruzovun Muxtar Respublikanı tərk etdiyi barədə xəbərlər yayılıb.

Yaş həddi ilə bağlı  hazırda təqaüdə çıxdığını deyən Səbuhi Novruzov evində olduğunu bildirib: “Mənim bu məsələlərin heç biri ilə əlaqəm yoxdur. Gömrükdə aşkar olmuş faktlara aidiyyatım yoxdur. Çünki, həmin quruma bir ildir təyin olunmuşdum. Heç bir səlahiyyətim yox idi”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.189549