Talıbovlar bütün qohumlarla əlaqəni kəsib - İDDİA

2023-01-13 10:29:00

Talıbovlar bütün qohumlarla əlaqəni kəsib - İDDİA

Vasif Talıbovun Naxçıvan Ali Məclisinin sədri vəzifəsindən istefa verməsinin üstündən bir aydan çox vaxt keçməsinə baxmayaraq, onunla bağlı yayılan xəbərlərin ardı-arası kəsilmir.

Qeyd edək ki, ötən gün KİV-də onun və ailə üzvlərinin könüllü “ev dustaqlığını” seçdiyinə dair xəbərlər yayıldı. Talıbovların vəzifədən gedəndən sonra evdən çölə çıxmadığı iddia olunurdu.

Hurriyyet.az bildirir ki, Yenisabah.az bununla bağlı daha bir məlumat əldə edib. Vasif Talıbovun yaxın qohumlarından biri saytımıza deyib ki, indi onlar nəinki evdən çıxmır, hətta yaşadıqları malikanənin qapılarını hamının üzünə bağlayıblar.

Mənbənin sözlərinə görə, Talıbovlar üçün “qara gün” sayılan 21 dekabr tarixindən sonra onlar ən yaxın qohumları ilə də ünsiyyəti kəsiblər. Vasif Talıbov və övladları heç bir zəngə cavab vermir, onlara baş çəkməyə gələn qohumları qəbul etmirlər.

“Vasif Talıbovun Naxçıvandakı malikanəsi mülki geyimli idmançılar tərəfindən qorunur. Mühafizəçilər Vasif müəllimi ziyarət etmək istəyən adamların hamısını qapıdan geri qaytarırlar” – deyə, mənbə sözlərini tamamlayıb.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.131624