Saat:10:08
Haqqımızda

"Taliban"la İran ordusu arasında toqquşma başladı - Hərbi qüvvələr sərhədə yeridilir / VİDEO

2021-12-01 20:54:00

İran sərhədçiləri ilə "Taliban" arasında toqquşma baş verib.

Nimroz vilayətinin Konq rayonu yaxınlığında İran sərhədçiləri ilə "Taliban" arasında toqquşma baş verib. Toqquşmadan sonra İran tərəfi ağır silahlardan istifadə edib və İran silahlı qüvvələrinin çoxsaylı bölmələri Əfqanıstan sərhədinə yaxınlaşıb.

Bundan bir müddət qabaq farslar İranda gizlənən əfqan hərbçiləri "Taliban"a təhvil verməkdən imtina etmişdi. Həmin əfqan hərbçilər tez bir zamanda Əfqanıstanın İranla qonşu rayonlarına girərək Amerika texnikasını oğurladılar və texnikaları "Taliban"a təhvil verməkdən imtina etdilər.

Ən əsası, bu hadisələrin fonunda farslar əfqan torpaqlarının bəzi hissələrini ələ keçirdi və  geri qayıtmaqdan imtina edirlər.
Ən son aldığımız məlumata görə, Nimroz əyaləti ilə sərhəddə 2 İran keçid məntəqəsi Taliban tərəfindən ələ keçirilib.

Bunlar “Dost Məhəmməd” və “Balayi Siyah Çaşman” keçid məntəqələridir. Bu barədə yerli mənbələrə istinadən Aamaj News məlumat yayıb
Məlumata görə, "Taliban" qradlardan istifadə etməyə başlayıb. \\Konkret.az

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR