Saat:01:45
Haqqımızda

“Taliban” təmsilçiləri “Moskva formatı”nda Əfqanıstan müzakirələrində iştirak edəcəklər

2021-10-20 13:27:00

“Taliban” təmsilçiləri “Moskva formatı”nda Əfqanıstan müzakirələrində iştirak edəcəklər

 

Hurriyyet.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, “Taliban” təşkilatının nümayəndələri Əfqanıstan mövzusunda “Moskva formatı”nda danışıqların aparılması üçün Rusiyanın paytaxtına gəliblər.

Müşavirələrdə və forumda regionun 10 ölkəsinin təmsilçiləri, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov və Əfqanıstan hökumətinin başçısının müavini Əbdül Salam Hənəfi iştirak edəcəklər.

Maraqlıdır ki, “Taliban” Rusiyada hələ də rəsmən “qadağan edilmiş terror təşkilatı” hesab edildiyi halda,  “Taliban” nümayəndələri artır dəfələrlə dövlət səviyyəsində Moskvaya dəvət ediliblər.

Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR