"Taliban" Rusiyadan dəstək istədi - Şoyqu taliblərə xəncər bağışladı
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Əfqanıstanın müvəqqəti hökumətinin baş nazirinin iqtisadi məsələlər üzrə müavini molla Əbdül Qəni Bəradər RF Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşdə "Taliban"ın ABŞ və digər Qərb ölkələrinin təzyiqini azaltmaq üçün Rusiyadan kömək gözlədiyini bəyan edib.
Bəradər deyib: "Bəlli olduğu kimi, Əfqanıstanda İslam Əmirliyinin qələbəsindən sonra ABŞ və Qərb ölkələri bizə mümkün olduğu qədər təzyiq göstərirlər. Ona görə də, Rusiya Federasiyasının bu təzyiqi neytrallaşdırmaqda bizə gömək göstərəcəyini gözləyirik".
Kabulda səfərdə olan Şoyqu taliblərə xəncər bağışlayıb, qarşılığında ona xalçalar hədiyyə edilib.
Həmçinin, Rusiya Dövlət Dumasına "Taliban"ı terrorçular siyahısından çıxarmaq imkanı verən qanun layihəsi təqdim edilib.
Hürr Tərcüman