Saat:04:18
Haqqımızda

“Taliban” liderləri sanksiya siyahısından çıxarıldı

2021-09-23 17:41:00

“Taliban” liderləri sanksiya siyahısından çıxarıldı

BMT Təhlükəsizlik Şurası (TŞ) “Taliban”ın 14 yüksək rütbəli məmuruna qarşı sanksiyaların dayandırılması ilə bağlı ABŞ-ın müraciətini daha 3 ay müddətinə uzadıb.

Hurriyyet.az Yenisabah.az-a istinadən xəbər verir ki, TŞ-nin qətnaməsi ilə bir çox “Taliban” liderlərinə qoyulan qadağa ləğv edilib.

14 nəfər arasında Molla Bəradər, Abbas Stanekzai, Salam Hənəfi, Əmir Xan Mottəqi, Xeyrullah Xeyrxah və Nurullah Nuri var.

Onlar əvvəllər terror aktları və insan haqlarının pozulması ittihamı ilə sanksiya siyahısında olub.

BMT Təhlükəsizlik Şurası, səyahət qadağasının istisnanın yalnız Əfqanıstan sülh prosesinin bir hissəsi olduğunu açıqlayıb.

Şuranın bu addımı “Taliban” rəsmilərinin artıq sülh danışıqlarının aparıldığı Dohaya gedə bilməsi üçündür. 

İstisna sentyabrın 23-dən dekabrın 22-dək davam edərək 90 günlük müddəti əhatə edir.

Kabildəki müvəqqəti "Taliban" hökumətinin müvəqqəti Baş naziri Məhəmməd Həsən Axund da sanksiya siyahısındadır.

Müvəqqəti hökumət Süheyl Şahini qrupun BMT-dəki daimi nümayəndəsi təyin edib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR