“Taliban” İŞİD-in şiələrə qarşı terror planını pozdu

2022-08-04 16:15:00

“Taliban” İŞİD-in şiələrə qarşı terror planını pozdu

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Əfqanıstanın paytaxtı Kabul şəhərində İŞİD terrorçuları ilə “Taliban” döyüşçüləri arasında güclü atışma olub.

Kart-e Sahi rayonunda dünən günortadan başlayan atışma axşam saatlarına qədər davam eib.

“Taliban”ın mətbuat katibi Zabihullah Mücahid “Tvitter” hesabındakı açıqlamasında ölkədəki İŞİD hücrələrindən birində əməliyyat aparıldığını, 4 nəfər İŞİD üzvünün öldürüldüyünü bildirib.

Kart-e Sahi bölgəsində şiələr sıx məskunlaşıblar. Mücahid həmin hücrə evindəki İŞİD terrorçularının şiələrin məhərrəm ayı mərasimləri zamanı onlara hücum etməyi planlaşdırdıqlarını bildirib. Əməliyyat nəticəsində çox sayda silah-sursat ələ keçirilib.

2021-ci ildə “Taliban”ın hakimiyyətə gəlişindən sonra son bir il ərzində İŞİD-in ölkə miqyasındakı ölümcül terror aktları artıb. 100-dən artıq bombalı və silahlı terror aktının əksəriyyətinə görə məsuliyyəti İŞİD öz üzərinə götürüb. Həmin terror aktları nəticəsində yüzlərlə insan həlak olub.

Xüsusilə də Qəndəhar, Kabul, Qunduz, Məzari Şərif və digər bölgələrdə şiələrin məscidlərində cümə namazları zamanı İŞİD-in törətdiyi terror aktları zamanı çox sayda insan öldürülüb.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000093