Taliban daxilində toqquşmada öldüyü iddia edilmişdi! Dərhal AÇIQLAMA verildi

2021-09-14 12:03:00

Taliban daxilində toqquşmada öldüyü iddia edilmişdi! Dərhal AÇIQLAMA verildi

Hurriyyet.az xəbər verir ki, Əfqanıstanda “Taliban”ın nəzarətinə keçən axırıncı vilayət olan Pəncşirdə ən azı 20 dinc vətəndaşın həlak olduğu, həmçinin taliblərin rəhbərlərindən olan Hakkani ilə Bəradərin arasında partiyadaxili toqquşma olduğu və nəticədə Bəradərin öldürüldüyü iddia edilir. 

BBC-nin Pəncşirdən əldə elədiyi bəzi videolarda “Taliban” döyüşçüləri tərəfindən mühasirəyə alınmış bir hərbi paltarlı adamın silah səslərindən sonra yerə yıxıldığı görünür. Vurulan şəxsin həqiqətən də hərbçi olub-olmadığı bilinmir. BBC Pəncşirdə bənzər şəkildə ən azı 20 mülki vətəndaşın öldürüldüyünü iddia edir.

Qurbanların birinin də iki uşaq atası satıcı Əbdül Sami olduğu, “Mən kasıb satıcıyam, müharibə ilə işim olmaz” deyərək taliblərin qarşısından qaçmamasına rəğmən,  müqavimət hərəkatının üzvlərinə sim kart satmaqda ittiham edilərək güllələndiyi bildirilir.

Bəradər ölməyib

“Taliban” lideri Molla Əbdülqəni Bəradərin öldüyü ilə bağlı iddialar təkzib edilib. 

“Taliban” açıqlama verərək Bəradərin Qəndəharda olduğunu bildirib. Bununla bağlı səsyazma da yayılıb. Səsyazmada Bəradər olduğu iddia edilən şəxs özünün və yoldaşlarının yaxşı olduğunu bildirir.