Taliban Amerika istehsalı olan təhlükəsizlik şarlarının İrana qaçırılmasının qarşısını alıb

2022-04-29 10:22:00

Taliban Amerika istehsalı olan təhlükəsizlik şarlarının İrana qaçırılmasının qarşısını alıb

Taliban rejiminin Daxili İşlər Nazirliyi Əfqanıstandan Amerika istehsalı olan nəzarət və kəşfiyyat şarlarını qaçaqmalçılıq yolu ilə İrana aparmaq istəyən şəxsi saxlayıb.
"Azad İran" Telegram kanalı xəbər verir ki, Mustafa adlı bu şəxs Qəndəhar vilayətində həbs edilib. Taliban onunla əlbir olan Əlirza adlı digər şəxsin isə axtarışda olduğunu bildirib.
Məlumatda həmin şəxslərin milyonlarla dollar qiyməti olan bu şarı 400 min dollar qarşılığında İrandan olan alıcılara satmaq istədikləri qeyd edilir. Digər məlumatlarda isə bu məbləğ 35 milyon dollar olaraq göstərilir.

Ülviyyə, Hurriyyet.az
 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya