Saat:13:50
Haqqımızda

Taleh Kazımov özünə yeni müşavir təyin etdi

2025-11-05 16:17:57

Taleh Kazımov özünə yeni müşavir təyin etdi

Azərbaycan Mərkəzi Bankında (AMB) yeni təyinat olub.

Hurriyyet.az xəbər verir ki, AMB sədri Taleh Kazımov Namiq Nağdəliyevi özünə müşavir təyin edib.

Yeni təyinatla AMB sədrinin müşavirlərinin sayı 6-ya çatıb.

Qeyd edək ki, N.Nağdəliyev bu təyinatadək, AMB və Dünya Bankında müxtəlif vəzifələrdə çalışıb.

Qafqazinfo.az