Taleh Kazımov Əkrəm Həsənov, Natiq Cəfərli və digər iqtisadçılarla görüşdü – 20 min manatlıq limit məsələsi müzakirə edildi

2022-12-20 21:24:00

Taleh Kazımov Əkrəm Həsənov, Natiq Cəfərli və digər iqtisadçılarla görüşdü – 20 min manatlıq limit məsələsi müzakirə edildi

Mərkəzi Bankın sədri Taleh Kazımovun 7 iqtisadçı-ekspertlə 3 saata yaxın davam edən görüşü oldu. Görüşdə məndən başqa həmkarlarım Rövşən Ağayev, Seymur İbadov, Natiq Cəfərli, Elşad Məmmədov, Xalid Kərimli və Sevil Mikayılova, habelə Mərkəzi Bankın 9 əməkdaşı da iştirak edirdi”.

Bu barədə ekspert Əkrəm Həsənov məlumat verib.

“Çox səmimi və məhsuldar görüş oldu. Dövlət qurumları arasında belə təşəbbüs göstərən hələ olmamışdı. Ən əsası da o idi ki, məqsəd piar-filan deyildi. Maliyyə bazarlarına (bank, sığorta, qiymətli kağızlar) dair xeyli məsələni (xarici valyuta alışı üzrə 20000 manatlıq limit məsələsi xüsusi yer aldı) müzakirə etdik. İştirakçılar arasında yeganə hüquqşünas-iqtisadçı olduğum üçün qanunvericilik məsələlərini də qaldırdım. Taleh müəllim bütün sual və problemlərə dolğun, səmimi və peşəkar cavablar verdi, açıq qalan məsələlərin əlavə araşdırılacağını bildirdi. Belə görüşlərin vaxtaşırı keçiriləcəyi də qərara alındı”, - Ə.Həsənov bildirib. \\Pravda


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.185303