Saat:15:38
Haqqımızda

Taleh Bağırzadənin əlini öpdüyü iranlı ayətullah: Evlilik xərcini çıxarmaq üçün insan öz böyrəyini sata bilər...

2021-09-17 18:33:00

Taleh Bağırzadənin əlini öpdüyü iranlı ayətullah: Evlilik xərcini çıxarmaq üçün insan öz böyrəyini sata bilər...

İranlı mollalardan biri Nuri Həmədaninin bir neçə ay öncə səsləndirdiyi fikir kəskin yoxsulluğun hökm sürdüyü və buna görə daxili orqanlarını satmağa məcbur olan insanlarla dolu olan İran cəmiyyətində yenidən əsas müzakirə mövzusuna çevrilən məsələlərdən biridir. 
"Azad İran" Telegram kanalının verdiyi xəbərə görə, bu ilin mart ayında ictimai şəbəkələrdə ayətullah Nuri Həmədaninin təqlidçilərindən birinə müxtəlif daxili orqanları satmağa icazə verildiyi haqda fətva verməsinə dair məlumatlar yayılmışdı. 
Belə ki, İran xaricində və daxilində fəaliyyət göstərən mətbuat orqanları Nuri Həmədaninin rəsmi saytına istinadən müqəllidlərindən birinin evlənmək və ailə xərclərini təmin etməyə imkanı çatmadığını, bunun üçün böyrəyini satıb maddi ehtiyacları ödəyə bilib- bilməyəcəyi ilə bağlı dini hökmü soruşmuşdu. Ayətullah isə cavabında izdivac etmək üçün böyrək və digər daxili orqanlarını satmaqda heç bir problem olmadığını demişdi.
Sonradan Nuri Həmədaninin ofisi heç bir dəlil-sübut göstərmədən yayılan məlumatın "şayiə" olduğunu iddia etmişdi. 
Qeyd edək ki, Nuri Həmədani 2015-ci ildə Azərbaycana səfər etmişdi. Bu zaman İran hökumətinin islamla pərdələnmiş radikal farsçılıq ideologiyasının təbliğatçılarından biri olan Taleh Bağırzadə Həmədaninin qarşısında ikiqat əyilərək onun əlini öpmüş və öz ölkəsi Azərbaycandan bu mollaya giley və şikayət etmişdi. 

Ülviyyə, 

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR