Saat:18:49
Haqqımızda

Taksilərlə bağlı yeni layihə hazırlanır - EKSPERTDƏN AÇIQLAMA

2024-10-02 13:26:07

Taksilərlə bağlı yeni layihə hazırlanır - EKSPERTDƏN AÇIQLAMA

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) taksi duracaqlarının təşkil edilməsi ilə bağlı layihə hazırlayıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə agentliyin açıqlamasında bildirilir. Məlumatda deyilir ki, Bakının bir sıra küçə və prospektlərində 130-dan artıq taksi duracağı mövcuddur. Onların əksəriyyəti cəlbetmə məntəqələrində təşkil edilmədiyindən bəzən nəqliyyatın hərəkətinə maneə yaradır. Buna görə də AYNA məsələyə kompleks yanaşma tətbiq edir. 

Məsələ ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov Hurriyyet.az saytına açıqlmasında bildirdi ki, taksilər ilə bağlı yeni işlərə başlanılıb: “Taksi duracaqlarının sayının artırılması, taksi duracaqlarının fəaliyyəti ilə bağlı müəyyən konsepsiya üzərində iş gedir. Əsas təyinat nöqtələrinin təyin olunması, taksilər üçün əlavə öz fəaliyyətlərini həyata keçirmək üçün təyinat nöqtələrinin təşkil edilməsi - bunlar görüləcək işlərin əsas hissəsidir. Bu gün bununla bağlı kifayət qədər məsələ gündəmdədir".

Nəqliyyat eksperti vurğulayır ki, xarici ölkələrdə belə taksi dayanacaqları var, taksilər bu dayanacaqlarda dayanır, müştəri gözləyir.

Qeyd edək ki, nəqliyyatın hərəkətinə maneə yaradan məntəqələrin ləğv edilməsi, eyni zamanda yeni cəlbetmə məntəqələrinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır. Yeni cəlbetmə məntəqələrinin əsasən universitetlərin, ticarət mərkəzlərinin, nəqliyyat mübadilə mərkəzlərinin ətrafında, həmçinin avtobus zolaqlarının yaxınlığındakı alternativ yollarda təşkil edilməsi nəzərdə tutulur.

Sakinlərin də müraciətləri nəzərə alınaraq artıq paytaxtın Tbilisi prospektində taksi minik avtomobilləri üçün duracaq, həmçinin minib-düşmə yerlərinin (drop off) təşkil edilməsi ilə bağlı təhlillər aparılıb və layihə hazırlanıb. Layihəyə əsasən, Tbilisi prospektində taksilərin dayana biləcəyi 6 məntəqə müəyyən edilib. Tezliklə işlərin icrasına başlanılacaq.

Aynurə İSMAYIL

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.272163