Saat:19:26
Haqqımızda

Taksi sürücüləri yeni qərara etiraz edir – “Onsuz da şirkətlər belimizi qırırdı”

2024-03-29 12:28:01

Taksi sürücüləri yeni qərara etiraz edir – “Onsuz da şirkətlər belimizi qırırdı”

Nazirlər Kabineti taksilərlə bağlı yeni dəyişikləri təsdiqləyib və elə həmin gündən, yəni martın 27-dən ciddi müzakirələr başlayıb. 

Müzakirələr əsasən taksilərə dair tələblərə yönəlib. 

Yeni qərara görə, buraxılış tarixi 15 ildən çox olan avtomobillərin taksi fəaliyyətinə qadağa qoyulur. Bu isə o deməkdir ki, ölkədə taksi kimi istifadə olunan maşınların əksər hissəsi öz fəaliyyətinə yekun vuracaq. Çünki hazırda taksi xidmətlərində istifadə edilən avtombillərin çox hissəsinin buraxılış tarixi 15 ildən çoxdur. 

Taksi fəaliyyəti ilə məşğul olan vətəndaşların bu məsələyə və ümumən yeni dəyişikliklərə münasibəti necədir? 

Yenisabah.az olaraq mövzunu araşdırarkən taksi sürücülərinin rəyini öyrəndik.

Cavablardan belə qənaətə gəldik ki, sürücülərin bir çoxu yeni qərardan kəskin narazıdır.

Tanınmış taksi şirkətlərinin biri ilə əməkdaşlıq edən və öz şəxsi maşını ilə fəaliyyət göstərən Elnur Tağıyev deyib ki, bu qərar taksilərə ciddi zərbə vuracaq.

“Onsuz da şirkətlər belimizi qırırdı. Elə gün olub ki, gündəlik planı ödəmək üçün 18-20 saat işləmişəm. Maşınım 2006-nın “Prius”udur. Belə çıxır ki, mən daha taksi kimi işləyə bilmərəm. Nə etməliyəm? İllərdir bu işdə çalışıram, yaxşı-pis ailəmizi dolandırıq. Əlimdə elə bir pul da yoxdur ki, gedim təzə maşın alım”.

Şirkətdən icarə maşın götürdüyünü deyən sürücüsü Mahir Quliyev isə yeni maşınların icarə haqlarının artırılacağından narahatdır.

“Hər gün  maşın götürüb taksi kimi işlədirəm, bu sərf eləyir. Amma indi köhnə maşınlar yenisi ilə əvəz olunsa, yəqin ki icarə qiymətləri qaldırılacaq. Bu isə artıq işimizi çətinləşdirəcək, qazanc azalacaq”.

İllərdi taksi sürücüsü kimi çalışan Əliheydər Babayev bundan sonra “ənənəvi taksi” fəaliyyəti ilə məşğul olacağını deyib.

“Əvvəllər bu şirkətlər yox idi, müştəri ilə aramızda danışıb razılaşırdıq. Soruşursuz ki, indi neyləyəcəm? Heç nə, Bakı-Sumqayıt arasında “manatlıq” taksilik edəcəm. Mənim imkanım yoxdur ki, gedim təzə maşın alım sürüm. Təzə maşın almağa pulum olsa, taksidə niyə işləyim?!”

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR