Taksi şirkətləri xaricdə və bizdə: Niyə Azərbaycanda daha çox komissiya alınır? - HƏQİQƏTƏN DƏ...

2022-04-25 13:18:00

Taksi şirkətləri xaricdə və bizdə: Niyə Azərbaycanda daha çox komissiya alınır? - HƏQİQƏTƏN DƏ...

Taksi operator şirkətlərinin yaradılması vətəndaşların və sürücülərin işinin asanlaşdırılması üçün hesablansa da, son illərdəki fəaliyyətləri heç də ürəkaçan deyil. Bir çox sürücülər və sərnişinlər davamlı olaraq, bu şirkətlərin işindən narazı qalırlar.

Hətta bildirilir ki, bəzi xarici taksi şirkətləri naviqasiya proqramlarının 40 km göstərdiyi məsafəni 26 km göstərir. Beləcə, sürücü özü də bilmədən 14 km məsafəni pulsuz işləməli olur.

Hurriyyet.az-ın məlumatına görə, nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Bizimyol.info saytına açıqlaması zamanı bildirib ki, bəzi xarici şirkətlər bizim taksi fəaliyyti ilə məşğul olan vətəndaşlarımızı istismar edirlər.

“Bu gün Azərbaycanda taksi xidməti liberaldır. Yəni bu xidmət sırf bazar iqtisadiyyatı, tələb-təklif əsasında formalaşıb. Bu gün Azərbaycanda hər bir şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. O cümlədən xarici vətəndaşlar, şirkətlər üçün də bizim ölkəmiz açıqdır. Hər kəs burada sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər, lakin Azərbaycan qanunvericiliyi çərçivəsində.

Taksi qiymətləri bu gün münasibdir, vətəndaşlarımızın cibinə uyğundur. Eyni zamanda qeyd etmək lazımdır ki, pandemiya dövründə bəzi az təminatlı ailələrin üzvləri də taksi fəaliyyəti ilə məşğul olaraq, bir növ özlərinin maddi rifahlarını dayanıqlı formada saxlaya bilirlər. Bu da yaxşı haldır.

Son illər ərzində bizim ölkəmizə beynəlxalq taksi şirkətləri də daxil olublar, fəaliyyət göstərirlər. Hazırda Azərbaycandan da yüksək qazanclar əldə edirlər. Buna baxmayaraq, bizim taksi fəaliyyti ilə məşğul olan vətəndaşlarımızı istismar edirlər.

Hamının bildiyi kimi taksi operator şirkətləri taksi fəaliyyəti ilə məşğul olan sürücüyə müştəri təqdim edir və bunun müqabilində sürücüdən müəyyən komissiya haqqı alır. Həmin komissiya haqqı isə 15-20 faizə qədərdir. Bu isə olduqca böyük rəqəmdir. Beləliklə bizim sürücülərimizin qazancı az olur. Halbuki həmin beynəlxalq şirkətlər başqa ölkələrdə fəaliyyət göstərən zaman sürücülərdən cəmi 10 faiz civarında komissiya haqqı alırlar”.

Ekspertin sözlərinə görə, ilk növbədə bu şirkətlər qarşısında məsələ qaldırmalıdır ki, sürücücülərdən alınan komissiya haqqı azaldılsın, 10 faizə qədər endirilsin.

“Operatorların sürücülərə km-i az göstərməsi ilə bağlı məsələyə gəldikdə isə onu deyə bilərəm ki, əgər belə bir məlumat varsa, deməli, bəzi taksi operator şirkətləri artıq belə qeyri-sağlam qərabətə də başlayıblar. Bununla həm sürücüləri, həm də rəqabət apardıqları taski operator şirkətlərini aldadırlar. Belə taksi şirkətlərinə qarşı işlər aparılmalı, görülməlidir”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya