Saat:23:12
Haqqımızda

Taksi şirkətləri sürücüləri işə qəbul edərkən hansı sənədləri tələb edir? - VİDEO

2021-12-08 00:21:00

Taksi şirkətləri sürücüləri işə qəbul edərkən hansı sənədləri tələb edir? - VİDEO

Bəzi şirkətlər taksi sürücüsü vakansiyası üçün müraciət edənləri sadəcə onlayn yolla, bəziləri isə bir neçə sənəd əsasında işə qəbul edirlər. Yəni, taksi sürücüsü kimi ictimai xidmət sahəsində çalışacaq şəxsin seçilməsi zamanı bir çox hallarda ciddi araşdırma aparılmır.

Bu məsələyə əbəs yerə toxunmuruq. Çünki bir neçə gün əvvəl taksi sürücüsünün xanım sərnişinə israrla birlikdə çay içmək təklifi etməsi cəmiyyətdə kəskin şəkildə qınandı.

Bu problem taksi şirkətlərinin sürücüləri işə qəbul edərkən onlardan hansı sənədləri tələb etməsi və ümumiyyətlə taksiçi namizədlərin hansı kriteriyalar əsasında seçilməsi məsələsini gündəmə gətirir.

Şirkətlərlə işləyən taksi sürücüləri özləri də etiraf edirlər ki, şirkət onlarla sadəcə bir-iki sənəd əsasında müqavilə bağlayıb. 

Bir neçə taksi şirkəti ilə əlaqə saxlayıb sürücülərin sağlamlığını yoxlamadan işə qəbul etmələrinin səbəbini soruşmaq istədik. Amma onlar bu məsələ barədə danışmaq istəmədiklərini və bunun şirkətin daxili işi olduğunu əsas gətirdilər.

Mövzuya münasibət bildirən yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov dünya təcrübəsinə əsasən deyir ki, taksi fəaliyyəti ilə məşğul olmaq istəyənlər hazırlıq kurslarından keçməlidirrlər. Həmin kurslarda sürücünün psixoloji vəziyyəti və müştəri ilə davranış qaydaları ciddi şəkildə yoxlanır. Tələblərə cavab verə bilməyənlər sərnişindaşıma ilə məşğul ola bilmirlər.

Ekspert deyir ki, hazırda Azərbaycanda taksi sürücülərinə dair tələblər mövcuddur. Nazirlər Kabinetinin müəyyən etdiyi bu tələblər sürücünün təcrübəsi, sürücülük vəsiqəsindəki kateqoriyası, sağlamlıq durumu, fərqlənmə nişanının olması, avtomobilin texniki vəziyyəti, eləcə də sərnişin ilə davranış qaydaları kimi məsələlələri ehtiva edir.

"Bununla belə, taksi sürücülərinin xüsusi kurslardan keçməmələri sonradan onların sərnişinlərlə davranış qaydalarında müəyyən problemlərin yaranmasına gətirib çıxarır",- deyə ekspert Ərşad Hüseynov bildirir.

 

 

Xezerxeber.az 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR