Saat:01:00
Haqqımızda

Tailandda daşqınlar - Ölənlər var

2025-10-07 14:20:18

Tailandda daşqınlar - Ölənlər var

Hurriyyet.az xəbər verir ki, Tailandda ölkənin şimalında baş verən daşqınlar nəticəsində 22 nəfər həlak olub. "Röyter" agentliyinin məlumatına görə, bu barədə Fəlakətlərin Qarşısının Alınması və Zərərlərinin Azaldılması Departamenti məlumat yayıb.
Təbii fəlakət 19 əyalətə təsir edib, ən çox zərər çəkən Banqkokun şimalındakı Uttaradit və Ayutthayya rayonları olub.
Rəsmilər bildirirlər ki, musson mövsümü güclü yağışlar gətirdiyi üçün xilasetmə xidmətləri qurbanlara ərzaq və zəruri ləvazimatları çatdırırlar.
İlkin məlumatlara görə, daşqınlardan təxminən 370 min insan zərər çəkib.
Hürr Tərcüman