Tahir Mirkişili: "Diplomatik xidmət əməkdaşlarının maaşları artırılacaq"

2022-12-27 21:34:00

Tahir Mirkişili:

Azərbaycanda “Sosial sığorta haqqında”, “Diplomatik xidmət haqqında” qanunlara və Vergi Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihələri qəbul edildikdən sonra diplomatik xidmət əməkdaşlarının maaşları artırılacaq.

Hurriyyet.Az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

"Bu artım 2023-cü il dövlət büdcəsində artıq nəzərə alınıb. Layihənin maliyyə yükü bəllidir. Gələn il bunun maliyyələşməsi üçün hər hansı çətinlik gözlənilmir", - o bildirib. \\Report


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.194225