Saat:18:16
Haqqımızda

Tahir Kərimli onu təhdid edən şəxsdən DANIŞDI

2022-03-28 15:17:00

Tahir Kərimli onu təhdid edən şəxsdən DANIŞDI

“Mən hələ də təhdid olunuram. Amma bununla bağlı işlər həyata keçirilir. Təhdid edən şəxs Moskvada yaşayır. Onun ünvanı da artıq bəllidir”.

Hurriyyet.az xəbər verir ki, bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

Millət vəkili bildirib ki, onu təhdid edən şəxslə bağlı ölçü götürüləcək: “Həmin şəxs Moskvada “Kotelniki” metro stansiyasının yaxınlığında yaşayır. Dəqiq ünvanı da bəllidir. Akademik Jukov küçəsində 2 nömrəli evdə yaşayır. İndi həmin məsələ araşdırılır. Gözləyirik, görək, bu təhdidin sifarişini kim verib”.