Saat:16:15
Haqqımızda

Tahir İmanovdan sərt sözlər: “Siçan kimi qorxaqdırlar“

2022-01-13 17:17:00

Tahir İmanovdan sərt sözlər: “Siçan kimi qorxaqdırlar“

“Qiymətlər istəyir 10 dəfə artsın, narahat deyiləm” açıqlaması ilə gündəmə gəlmiş Əməkdar artist Tahir İmanov sərt tənqidlərlə üzləşib. "Planet Parni iz Baku" KVN teatrının bədii rəhbəri qısa zamanda sosial şəbəkədə sərt qınaqla üzləşib.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan T.İmanov haqqında yazılanlara əhəmiyyət vermədiyini bildirib:

“Sosial şəbəkələrdə nə yazırlar-yazsınlar, mənə heç maraqlı deyil. Başqa nə deyim, Allah canlarını sağ eləsin. Qiymət artımını mən də hiss etmişəm. Açıqlamamda da demişəm ki, ruzini verən Allahdır. Ona görə də, yalnız Allaha təvəkkül edirəm. Bundan sonra qiymətlər 10 dəfə artacaqsa-artsın, əgər Allah mənə ruzini verəcəksə, deməli, həyatım normal olacaq.

Ümumiyyətlə, hər bir işdə Allaha təvəkkül etmək lazımdır. Sosial şəbəkədə tənqidi şərh yazanlar real həyatda dovşan, siçan kimi qorxaq olanlardır, onlar ancaq klaviatura arxasında şir, pələngdirlər. İnsanın arxasınca danışmağa nə var ki…

Təəssüf hissi ilə deyirəm, insanın arxasınca danışmaq ən böyük günahlardan biridir, başqa sözlə, bu, qeybətdir”.

yenisabah.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR