Taekvondo üzrə Azərbaycan yığmasının iranlı baş məşqçisindən NANKORLUQ: Azərbaycanda aldığım maaşın yarısını İran versə, qayıdaram

2022-08-04 15:45:00

Taekvondo üzrə Azərbaycan yığmasının iranlı baş məşqçisindən NANKORLUQ: Azərbaycanda aldığım maaşın yarısını İran versə, qayıdaram

İran hökumətinin idman sahəsinə laqeyd münasibəti ucbatından bir vaxtlar Azərbaycana üz tutaraq orada uzun illər yüksək şəraitlə təmin edilib və aylıq 12 min dollar əməkhaqqı müqabilində Taekvondo üzrə Azərbaycan milli komandasını çalışdıran iranlı baş məşqçi Rza Mehmandust son vaxtlar İran mediasına müsahibələrində Azərbaycana qarşı, sözün əsl mənasında, nankorluq etməyə başlayıb.
Belə ki, İranın İSNA yarı hökumət xəbər ajansına müsahibəsində hazırda Azərbaycan yığmasından istefa verdiyini bildirən Mehmandust Azərbaycanda aldığı aylıq 12 min dollar əməkhaqqının yarısının ödənilməsi, illik 10-12 dəfə xarici yarışlara ezam olunmaq və lazımi maddi şəraitlə təmin edilmək şərtilə İran milli komandasına baş məşqçi kimi qayıda biləcəyini qeyd edib.
Jurnalistin “artıq Azərbaycan yığmasında fəaliyyət göstərmək istəmirsiniz?” sualına o, sanki bir vaxtlar İrandan çarəsiz şəkildə Azərbaycana sığındığını unudaraq belə cavab verib: “Hələlik xeyr. Azərbaycan tərəfi də mənim istefamla razılaşmırdı. Amma mən istənilən şəraitdə işləmirəm. Uzun illər məşqçilik etmişəm və əvvəlcə reputasiyamı, sonra isə sosial mövqeyimi düşünürəm”. 
Keçmiş baş məşqçi komandanın su, geyim və digər şəraitlə, müxtəlif yarışlara ezam edilmək üçün imkanlarla təmin edilmədiyini, lakin cavabında daim yalan vədlər verildiyini, belə bir vəziyyətdə isə işləməyə davam etməyin mənası olmadığı üçün istefa verdiyini iddia edib.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.054850