Tacikistanda İŞİD üzvləri həbs ediliblər - "Krokus" terroru ilə bağlı ittiham edilirlər
2024-03-29 14:33:05

Hurriyyet.az "Röyter" agentliyinə istinadla xəbər verir ki, Tacikistanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin əməkdaşları Moskvadakı "Krokus siti holl" otelində baş vermiş terror aktı ilə əlaqədar 9 nəfəri həbs ediblər. Agentliyin məlumatına görə, şübhəli şəxslər martın 25-də Vahdatda saxlanılaraq Düşənbəyə aparılıblar. Onlar terror törətməkdə və İŞİD-in Xorasan şaxəsi ilə əməkdaşlıqda ittiham edilirlər.
Hürr Tərcüman
