SVR və QRU arasında Priqojinin aktivləri uğrunda mübarizə başladı
Xarici Kəşfiyyat Xidməti (SVR) və Müdafiə Nazirliyinin Baş Qərargahının Baş İdarəsi (QRU adı ilə tanınır) Yevgeni Priqojinin biznes imperiyasının aktivləri uğrunda yarışır.
Hurriyyet.az xəbər verir ki, bu barədə "The New York Times" Qərb kəşfiyyatının qiymətləndirmələri ilə tanış olan mənbələrə istinadən yazır.
Qəzet yazır ki, iki kəşfiyyat xidməti xaricdə dezinformasiya yaymağa imkan verən aktivlər, həmçinin Afrikadakı "Vaqner” özəl hərbi şirkətin əməliyyatları uğrunda yarışır. İki mənbənin nəşrə verdiyi məlumata görə, SVR çox güman ki, təbliğat resurslarını, QRU isə muzdlu əməliyyatları əldə edəcək.
"Vaqner” üzərində nəzarətin hərbi kəşfiyyata keçməsi faktı kəşfiyyatçı Andrey Averyanovun müdafiə nazirinin müavini Yunus-Bek Yevkurovla birlikdə Afrikaya səfər edən nümayəndə heyətinin tərkibində görünməsi ilə göstərilir, NYT yazır.
Averyanov, "The New York Times"ın 2019-cu ildə yazdığı kimi, Avropada təxribat əməliyyatları ilə məşğul olan QRU-nun gizli hərbi hissəsinə rəhbərlik edib.
NYT-nin həmsöhbətləri bildirirlər ki, aktivlərin yeni kuratorlara təhvil verilməsi, Vaqner ÖHŞ-nin bəzi döyüşçülərinin Priqojinə sadiq olması və Priqojinin oğlu Pavelin deyil, birləşmənin Müdafiə Nazirliyinin nəzarətinə keçməsindən qəzəbləndiyi ilə çətinləşir. Jurnalistlərin söhbət etdiyi bəzi amerikalı məmurlar hesab edirlər ki, Pavel Priqojin "Vaqner” üzərində nəzarəti ələ keçirməyə çalışacaq. Qəzet qeyd edir ki, o, atasının Rusiya aktivlərinin bir hissəsini saxlaya bilər, lakin onun xarici fəaliyyətləri üçün Kremlin icazəsinə ehtiyacı olacaq.
qaynarinfo.az