“Svarovski” Rusiyanı tamamilə tərk edir
2023-03-09 23:03:00

Hurriyyet.az “Ukrainskaya pravda” nəşrinə istinadla xəbər verir ki, Avstriyanın şüşə bəzəklər istehsalında ixtisaslaşmış və straz (qiymətli süni daş) istehsalçısı kimi məşhur olan “Svarovski” şirkəti Rusiyanı tamamilə tərk elədiyini bəyan edib.
Bu barədə məlumatı şirkətin baş direktoru Aleksis Nasard “Trend” jurnalına müsahibəsində verib. Şirkət Rusiyadakı biznesini bir il əvvəl – 2022-ci ilin martında dayandırmışdı. İndi isə mövcud sanksiyalar və ticarət məhdudiyyəti ilə əlaqədar ölkədən tamamilə getməyə hazırlaşır.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya