"Suyun alınması və fermerlərə ötürülməsi Kənd Təsərrüfatı Nazirliyinə həvalə olunmalıdır" - RÖVŞƏN AĞAYEV

2023-03-31 11:24:00

"Əhalinin içməli su təchizatı ya bələdiyyələrə, ya da konsessiya əsasında özəl investorlara həvalə olunmalıdır"

"Əgər çox qısa müddətdə suyu istehlakçılara çatdıran nəql şəbəkəsilə su ehtiyatlarına sahiblik və idarəetməni həyata keçirən struktur bir-birindən ayrılamasa, ölkənin bütün meliorasiya və içməli su şəbəkəsinin vahid, həm də nəhəng bir qurumda mərkəzləşdirilməsi çox uğursuz bir addım olacaq". Hurriyyet.az xəbər verir ki, bunu iqtisadçı ekspert Rövşən Ağayev bildirib.

İqtisadçı ekspert bu qənaətdədir ki, suyun alınması və fermerlərə ötürülməsi Kənd Təsərrüfatı Nazirliyinə həvalə olunmalıdır: "Əhalinin içməli su təchizatı ya bələdiyyələrə, ya da konsessiya əsasında özəl investorlara həvalə olunmalıdır. Hazırda yaradalan Agentlik yalnız su ehtiyatları və ölkə miqyaslı magistral su infrastrukturuna üzərində dövlət adından sahibliyi həyata keçirməli, mövcud ehtiyatlar üzərində nəzarəti təmin etməli, sudan səmərəli istifadə sahəsində strategiya və hüquqi mexanizmlər hazırlamalı, su nəqlini həyata keçirən operatorlarla suyun topdansatış alışına dair müqavilələr bağlamalıdır".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.097654