Sutkada neçə litr pivə içmək olar? - Narkoloqdan cavab
2022-08-16 22:09:00
Yayda kişilər daha çox sərin pivəyə üstünlük verir.
Bəs bu içkinin sutkalıq hansı dozası orqanizmə zərərsizdir?
Həkim narkoloq Oleq Steçenko hələ qədim misirlilərin gündə 5 litr pivə içdiklərini deyib.
Lakin bu ən yüksək dozadır:
“Pivə bədəndə su balansını tənzimləyir. Pivə çox içildikdə, bədəndən su ehtiyatı qovulur. Ona görə də bu, neqativ nəticələrə səbəb ola bilər. Çox pivə içilən gün bədəndə maye səviyyəsinə nəzarət etmək lazımdır. Böyrəkləri sağlam olan insan 5 litrə qədər pivə içə bilər.
Pivəni səhərlər və acqarına içmək olmaz". \\Bakupost.az