Şuşaya səfər edən diplomatlar Cıdır düzündə olublar - FOTO

2022-08-27 20:52:00

Şuşaya səfər edən diplomatlar Cıdır düzündə olublar - FOTO

Şuşaya səfər edən Azərbaycanda rezident əsasda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Cıdır düzündə olublar.

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Cıdır düzü barədə diplomatlara məlumat verib.
Bildirib ki, bu ərazidə hər zaman mədəni tədbirlər, festivallar keçirilib.

A. Kərimov deyib ki, işğal aradan qaldırıldıqdan sonra Şuşada 30 ildir keçirilməyən mədəni tədbirlər bərpa olunub, Cıdır düzündə "Xarı Bülbül" festivalı keçirilib.

Aydın Kərimov həmçinin əlavə edib ki, Azərbaycan hərbçiləri Cıdır düzündən, buradakı qayalıqlardan çıxaraq şəhərə daxil olub, onu azad ediblər.

Məqaləyə dair fotomateriallar:

APA


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.061487