Şuşanın azad edilməsindən sonra Xankəndidə görün kimlər qalıbmış - Araik və...

2021-11-25 13:50:00

Şuşanın azad edilməsindən sonra Xankəndidə görün kimlər qalıbmış - Araik və...

Ötən ilin noyabrında, Azərbaycan ordusunun Şuşanı azad edərək 44 günlük müharibədə zəfər əldə etməsindən və regiona Rusiya sülhməramlılarının daxil olmasından əvvəl Xankəndində cəmi 7 nəfər qalıbmış.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda” qəzetinin müxbiri Dmitri Steşinin Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Azərbaycan ərazilərindən hazırladığı reportajda deyilir.

Reportaj “rusların ənənəvi olaraq Qafqazda xristianları xilas etməsi” tezisi üzərində qurulub. Müharibədən əvvəl 60 min nəfərin yaşadığı deyilən Xankəndində ötən ilin noyabrında cəmi 7 nəfərin qaldığını isə rusiyalı jurnalistə özünü “artsax xarici işlər naziri” adlandıran David Babayan danışıb.

Onun dediyinə görə, həmin 7 nəfər qondarma “prezident” Araik Arutyunyandan və mühafizəçilərindən, bir də Babayanın özündən ibarət idi...