Saat:14:00
Haqqımızda

Şuşadan Cənnətə yazılan əsgər mesajları - Bir Qalanın FİLMİ - VİDEO

2021-10-20 10:40:00

Şuşadan Cənnətə yazılan əsgər mesajları - Bir Qalanın FİLMİ - VİDEO

İlk yayınlanma zamanı - 19 oktyabr, saat 23:12

Bu, bir gerçəkdir!

Artıq Şuşa hər bir azərbaycanlının təfəkküründə müqəddəs ziyarət yeri kimi qəbul olunur.

Şəhidlərimizin qanı ilə suvarılmış "Zəfər yolu" ilə hərəkət etmək və Şuşa adlı milli ziyarətgaha varmaq...

İnsanı yormayan tək yoldu "Zəfər yolu"!

Təcrübədən bilirik...

Gedənlərdən duyuruq, oxuyuruq.

***

İndi bu yolla Şuşaya getməyi arzu etməyən azərbaycanlı yoxdur.

Şuşa Azərbaycan xalqını birləşdirən ən böyük dəyərə çevrilib.

Məkkəni, Kərbəlanı, Məşhədi ...sevənlər qədər olmasa da, sevməyənlər də vardır, xalqımızın arasında.

Ateisti var, sünnisi-şiəsi, xristianı var, şamanı-yamanı var, cəmiyyətimizin...

Amma Şuşanı sevməyən yoxdur, xalqımın içində.

Cıdır düzünü, Topxana meşəsini, Xanqızı bulağını sevməyən soydaş tanışınız varmı?

Qarabağı, onun hər bir nöqtəsini, daşını-torpağını sevməyən azərbaycanlı ola bilərmi?

Tanıyırsınızmı, elə bir vətəndaş?

***

Şəhid və qazilərimizin qanları ilə azad olunan bu torpaqlardan qürurumuz göyərdi.

Qarabağın xaraba qoyulmuş evlərinin qayıtması belə millətimizin içindəki xarabalığı dikəltdi, abadlaşdırdı.

İçimiz abad oldusa, Qarabağımızı da abad edəcəyik.

Necə ki, artıq Füzuli hava limanı abad olmuş!

Qarabağın hava qapısı!

Cəmisi bir neçə aya Füzulidə hava limanı inşa etmək və onu beynəlxalq miqyasa çıxartmaq...

Bu, bir millətin Vətən sevgisindən doğan möcüzədir.

***

Şuşa qalasının altındakı yurdumuz...

Daşaltı 2020-ci ilə qədər bir milli faciənin sinonimi idi.

25-26 yanvar 1992-ci ildə bu kəndin azad olunması üçün Azərbaycan ordusu əməliyyat keçirdi və böyük itkilər verdi. Hərbi əməliyyat fəlakətə dönüşdü...

Qarabağdakı sonrakı məğlubiyyəti və Şuşanın getməsini faciəvi Daşaltı əməliyyatı müəyyən etdi.

Amma indi Daşaltı Şuşanın azad olunmasının simvoludur.

Qəhrəman ordumuz üstün hərbi əməliyyat planı ilə Daşaltı səmtindən Şuşanı azad edib.

Zəfər yolunun son durağı Daşaltı...

Şuşanın qapısı Daşaltı...

***

Şuşa bizi bu dəfə gülə-gülə qarşıladı.

Sanki Günəşdə çimirdi Şuşa...

...Cıdır düzündə süfrə açdıq - orada təsadüfən gördüyümüz həmkarlarımızı, əsgərlərimizi dəvət etdik, onlarla çörək kəsdik.

955efe61-c0eb-49ab-b774-c9a62a56e928.jpg (332 KB)

"Şuşada kəsdiyimiz çörək haqqı", deyə biləcəyimiz yurddaşlarımız, həmkarlarımız var artıq...

Şuşa ilə birgə, bir andaca dumana büründük, sonra yağışda yuyunduq.

Sonra Xankəndi səmtindən göyqurşağı doğdu.

Mistik, sehrli səhnələr idi...

Bütün bunlar eyni zamanda ancaq Şuşada ola bilərdi.

Biz də Şuşada, bu mistikanın içindəydik.

Bu çəkdiklərimizlə, bu görüntülərlə tamaşaçılarımızı da bu sehrin içərisinə dəvət edirik.

***

Şuşanın sehrlərindən biri də Yuxarı Gövhərağa məscididir. Orada namaz qılmaq, Yaradana dua və təşəkkür etmək bir başqa anlam daşıyır.

Şuşa özü də, onun qəlbində yer alan Yuxarı Gövhərağa məscidi də əslində bir millətin Yaradana 28 illik dualarının müstəcəb olunmuş halıdır.

Duaların Şuşa oldu, Azərbaycan!

Buradan sənə ancaq təşəkkür və şükr eləmək qalır, Allahım!

Bir də Şəhidlərimizin ruhuna minnətdarlıq, Qazilərimizə dua, Ordumuza sevgili arzular!

"Qarabağ Azərbaycandır və nida işarəsi", deyib, Vətən müharibəsinə məhz o zaman, "Valday Klubu"ndakı məşhur toplantıda start verən Ali Baş Komandanın, bütün halı ilə milli olan o Liderin ‘’qaranlıq güclərlə’’ çarpışmasın sonucu qurtulan Şuşa!

Divlərin, Təpəgözlərin çaynağından xilas edilən Qala!

Azərbaycana öz torpaqlarını qurtarmaq üçün savaşma haqqı, izni verməyən, vermək istəməyən dünya gücləri ilə savaşmaq...

Müharibə haqqını tələb etmək...

Və ala bilməmək...

Amma və lakin bütün bunlara baxmayaraq Vətən müharibəsinə qalxmaq!

Torpaqlarımızda qurulan və rəsmiləşdirilməyə çalışılan ikinci erməni dövlətini yox etmək, ermənizmin planların məhv etmək!

Bütün bunlar Şuşanı qurtarmaqla mümkün oldu!

Bütün bunlar Şuşa fatehi İlham Əliyevin əsgərlərinin şəhadətindən keçdi...

Bütün bunlar Şuşa ilə əslində adı torpağından da, millətindən də böyük, Azərbaycan adlı mənəvi məfhumun xilasını təmin etdi...

***

f2aa1b9e-8f65-4dc9-b218-4b555c779879.jpg (129 KB)

Şuşanın ən yüksək nöqtəsindən Xankəndinə baxdıq...

Və onu görmədik.

Buludların altında, bizdən çox aşağıda idi, Xankəndimiz.

Duman almışdı, üstünü.

İçinə erməni adlı şeytan dolmuş, qırmızı damlı şəhər...

Bir şallaq, bir cindər...

‘’Vur, komandir, vur...’’

Vur ki, çıxsın o şeytanlar, o cinlər...

Əcinnələr...

***

...Şuşalı həyat daha gözəlmiş...

Bura mənəviyyatımızın məbədi, ruhumuzun paytaxtıdır...

***

Divar yazıları savaş salnaməsi kimidir.

Bir də, Cənnətə mesajlardı onlar...

ggg.PNG (511 KB)

"Teymir Abbasov, qisasın alındı’"...

Vətən üçün, Şuşa üçün, bizlər üçün fəda olmuş canların cənnətdəki ruhları almışsa o mesajları, döyüşçü əlləri ilə, bəzən də hərf səhvləri ilə yazılmış o qutsal kəlmələri...

...Cənnətə qisas qalarmı...

Cənnətdə olan qisasından qaçarmı...

Bilmədiklərimiz yalnız Allahın səlahiyyət sektoruna aid olanlar deyil...

Bilmədiyimiz çox şeylər var.

Amma bütün bilmədiyimiz, görmədiyimiz nəsnələrin əvəzinə ÜMİDlərimiz var.

Şuşa da o ümidlərdən salınmış şəhərdi.

İndi onun inşası və bərpası tam gücü ilə davam edir.

***

Şuşa gələcəyimizə körpüdür - bu şəhərdə iki qardaşın qurduğu ittifaq dövləti Azərbaycanı olduğundan daha güclü qıldı.

Xanqızı Xurşudbanu Natəvanın xaraba qalmış evi qarşısında imzalanan Şuşa bəyannaməsi yaxın gələcəkdəki Ümumtürk Evinin möhkəm fundamentidir.

Məhz bu fundamentdən, bu ittifaqdan sonra Azərbayacan ona hər zaman xəyanət edən, erməni aşiqi İranla onun layiq olduğu dildə danışa bildi.

Artıq, İranın cüssəsindən və iddiasından böyük olan ittifaqımız var, arxamız və arxadaşlarımız var...

Azərbaycan Türkiyə və Pakistanı arxasına aldı, onlarla dostluğunu İttifaqa çevirdi, Cənubi Qafqazda yeni düzən, yeni gerçəklik yaratdı...

Bu gerçəkliyi dəyişmək artıq kimsənin həddi deyil...

***

Şuşaya həyat qayıdır.

Şuşada həyat qaynayır.

"Zəfər yolu" boyunca və daha çox da Şuşada inşaat-quruculuq işləri bütün gücü ilə davam edir.

İsrail boyda bir ərazimizi işğaldan azad etmişik.

Və indi onu tamamilə yenidən inşa edib, qurmalıyıq.

Böyük yükdür - hətta Azərbaycan kimi zəngin dövlət üçün də çox böyükdür.

Lakin həm də böyük fərəh və şərəfdir!

İndi bizim yükümüzdən böyük fərəhimiz yoxdur!

Qarabağı millət olaraq, əl birliyi ilə azad etdik.

Qarabağı millət və dövlət olaraq, əl birliyi ilə inşa edəcəyik.

Şuşadan sevgilərlə, Şuşaya sevgilərlə!

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR