Saat:11:22
Haqqımızda

Şuşada SOCAR-ın maşını aşdı - Ölən var

2022-12-01 12:37:00

Şuşada SOCAR-ın maşını aşdı - Ölən var

Şuşada SOCAR-a məxsus yük maşını aşıb, sürücü vəfat edib.

Hurriyyet.az-ın məlumatına görə, hadisə bu gün Daşaltı kəndində baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, yanacaq daşıyan “Mercedes” markalı yük avtomobili idarəetməni itirərək aşıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib. Yola dağılmış yanacaq polis və FHN əməkdaşları tərəfindən yoldan təmizlənib.

Faktla bağlı araşdırma aparılır.

qafqazinfo.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR