Şuşa, Xocavənd və Füzuliyə dolu düşüb - FAKTİKİ HAVA
2023-04-26 21:23:00

Şuşa şəhərinə, Xocavənd rayonunun Zoğalbulaq, Azıx, Tuğ kəndlərinə, Füzuli rayonunun Qacar və Divanalılar kəndlərinə diametri 10-12 mm olan dolu düşüb.
Bu barədə Hurriyyet.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, aprelin 26-sı saat 17:00-a olan məlumata əsasən, Şuşa şəhərinə qar, Şəmkir, Göygöl, Naftalan, Yardımlı, Gədəbəy rayonlarında şimşək çaxıb, arabir yağış yağıb.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya