Saat:12:18
Haqqımızda

“Şuşa işi“ üzrə həbs olunanların sayı artacaq

2022-11-04 13:03:00

“Şuşa işi“ üzrə həbs olunanların sayı artacaq

Qarabağ separatçılarının keçmiş “müdafiə naziri” Mikayel Arzumanyanın həbsindən sonra daha bir neçə şəxsin tutulması gözlənilir.

Hurriyyet.az Yenisabah.az-a istinadla xəbər verir ki, o, "Şuşanın təslim edilməsi işi" üzrə istintaq altındadır.

Erməni nəşrinin iddiasına görə, bu iş üzrə şübhəlilərin siyahısı artacaq: 

“Bu işdə keçmiş “müdafiə naziri”, “Ermənistan” blokunun fraksiyasının rəhbəri Seyran Ohanyanın da istintaqa cəlb olunacağı istisna edilmir. Arzumanyan köhnə silahdaşlarından heç birinə, o cümlədən Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Onik Qasparyana aman verməmək qərarına gəlinib.

Xatırladaq ki, “Qarabağ Müdafiə Ordusu”nun komandanı olmuş Mikayel Arzumanyan İrəvana gedərkən həbs olunub. 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR