Şuşa döyüşlərində ağır yaralanan qazimizi itirdik... - 2 ildən artıqdır müalicə olunurdu...

2023-01-07 12:31:00

Şuşa döyüşlərində ağır yaralanan qazimizi itirdik... - 2 ildən artıqdır müalicə olunurdu...

Şuşa döyüşlərində ağır yaralanan və 2 ildən artıqdır müalicə olunan qazi Mirdavud Tahirov dünyasını dəyişib.

Hurriyyet.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Astara rayonu Pensər kənd sakini olan və Vətən müharibəsində rəşadət göstərən M.Tahirov aldığı xəsarətlər ucbatından vəfat edib.

O, doğulduğu rayonda dəfn edilib.

Qeyd edək ki, Tahirov Mirdavud Asəm oğlu Azərbaycan Pedaqoji Universitetinin tələbəsi ikən Vətən müharibəsinə yollanıb. Onun anası da müharbə vaxtı könüllü olaraq tibb bacısı kimi yaralılara yardım edib.

M.Tahirov müharibədən sonra “Döyüşdə fərqlənməyə görə”, “Kəlbəcərin azad edilməsinə görə”, “Şuşanın azad edilməsinə görə” medalları ilə təltif edilib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.203089