“Şuşa Bəyannaməsi hərbi və siyasi müttəfiqliyin möhkəmlənməsinə ən böyük töhfədir” – Sadiq Qurbanov
“Gündəlikdə olan "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında" Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə qanun layihəsi son dərəcə mühüm hüquqi və tarixi bir sənəddir. Ümummili Lider Heydər Əliyevin “Bir millət iki dövlət” fəlsəfəsinə əsaslanan Türkiyə-Azərbaycan münsibətləri regionda sülhün və sabitliyin təmin olunmasının qarantıdır”.
AzPolitika.info xəbər verir ki, bu sözləri Milli Məclisdə sözügedən bəyannamənin təsdiq edilməsi ilə bağlı müzakirələrdə qurumun Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib. Millət vəkili qeyd edib ki, Şuşa Bəyannaməsi Azərbaycanla qardaş Türkiyə dövlətləri arasında siyasi diplomatik münasibətlərin keyfiyyətcə yeni mərhələsidir. Onun sözlərinə görə, qanun layihəsi iki ölkə arasında bağlamış strateji tərəfdaşlıq və qarşılıqlı yardım və.s haqqında müxtəlif səpkili müqavilələrin daha dinamik formada gerçəkləşməsinə təkan verəcək.
S.Qurbanov əlavə edib ki, yeni dünya düzənində türk dövlətlərinin yerinin müəyyənləşdirliməsində mühüm rol oynayan Şuşa Bəyannaməsinin imzalanmasında türk dünyasının iki böyük lideri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın müstəsna rolu danılmazdır: “Bəyannamədə vurğulandığı kimi, tərəflər Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində səylərini davam etdirəcəklər. Bu mənada Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında dostluq və mütəfiklik münasibətlərini tənzimləyərək, Qafqazda sülhün bərqərar olması və regionun yeni inkişaf mərhələsinə keçməsində hüquqi tənzimləmə aktlarından biri kimi dəyərləndirilməlidir”.
Komitə sədri çıxışında diqqəti Şuşa Bəyannaməsində tarixi Qars müqaviləsinə sadiqliyin vurğulanmasına çəkib: “Bu, həm də ona görə əhəmiyyətlidir ki, Ermənistan tərəfindən yuz ilə yaxındır ki, ərazi iddialarına susamış daşnak zehniyyətli, revanşist qüvəllərin, ratifikasiya edilməmiş və Qars müqaviləsi ilə rədd edilmiş Sever müqaviləsi ilə bağlı apardığı zərəli təbliğatın üstündən xətt çəkmiş oldu. Beləliklə, Şuşa Bəyannaməsi Azərbaycanla-Türkiyə arasındakı son yuz illik münsibətlərə yeni məzmun verərək regionda sülhün və təhlükəsizliyin təmin olunmasında, o cümlədən Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyi, Zəngəzur dəhlisinin açılması, hərbi və siyasi müttəfiqliyin möhkəmlənməsinə ən böyük töhfədir”.
AzPolitika.info
